“R-Pharm” əczaçılıq fabrikinin açılış mərasimi olub

17.12.2019

Dekabrın 9-da Pirallahı Sənaye Parkında dərman vasitələrinin istehsalı üzrə ixtisaslaşmış Azərbaycan-Rusiya Birgə Müəssisəsi olan “R-Farm” şirkətinin açılış mərasimi keçirilib.

Məlumat üçün bildirək ki, Pirallahı Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2016-cı il tarixli 2336 saylı fərmanı ilə yaradılmışdır.

“North West Construction” MMC 4,6 ha sahəyə malik fabrikin tikintisinə 2018-ci ildə başlayıb. Fabrik Avropanın aparıcı istehsalçılarına aid müasir avadanlıq və texnologiya ilə təchiz edilib. Ümumilikdə 74 milyon investisiya dəyəri olan bu müəssisənin illik istehsal gücü 250 milyon həb və kapsul olacaq. Laboratoriya, istehsal və logistika bölmələrinə malik fabrik ölkədə ilk əczaçılıq kompleksi olacaq. Yerli bazarlarla yanaşı, məhsulun xaricə ixracı da hədəfdə yer alır.

Qeyd edək ki, “R-Pharm” layihəsi “North West Construction” MMC tərəfindən həyata keçirilən açar təslimi layihələrindən biridir.